Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mən itimi də parlamentə seçdirə bilərəm...”


“Nə təhər olur, ə, Yuli Sezar atını senator elan edə bilir?..”
3 cümlə ilə bir "quş"...

Böyük Britaniyanın Baş Naziri Boris Consonun qalib olduğu son parlament seçkilərində səsverməyə Dilan adlı itlə gəlməsini totalitar, avtoritar təfəkkürlü məxluqlar, xüsusən rəhbər və məmurlar, yəqin, belə anlayıblar: “Mən itimi də parlamentə seçdirə bilərəm...”

Britaniyada, ümumiyyətlə, Qərbdə, ABŞ-da prezident, parlament və s. seçkilərin gerçəkdən şəffaf və demokratik(!) keçirildiyini söyləmək iddiasında deyilik; Mozambik, Anqola kimi ölkələrdə seçkilər büdcədən maliyyələşən vətəndaşları “filan namizəd”ə “səs” verməyə vadar etməklə, qutuları doldurmaqla, “karusel”lə-filanla saxtalaşır, “demokratik” adlanan ölkələrdə isə transmilli super oliqarxların maliyyə, cəlbedici reklamlar, telehipnoz və s. vasitəsilə kütlələri yönləndirməsi sayəsində dolayı saxtalaşdırma baş verir...

Amma onu dəqiq bilirik ki, gerçək siyasətdən, tarixdən özünə sərf edən məlumatları mükəmməl bilən və özünü hamıdan ağıllı,  varlı-hallı, hakimi-mütləq bir büt sayan rəhbərlər Boris Consonun əvəzindən belə düşünür: “Nə təhər olur, ə, Yuli Sezar atını senator elan edə bilir? Mən nəinki övladlarımı, qohum-əqrəbamı, lap itimi də deputat seçdirərəm...”

Sultan Laçın
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10