Allah bizləri cinayətlərini sübut edə bilmədiyimiz, adları açıqlanmayan korrupsionerlərdən qorusun!..
Uca Yaradanın zəngin müsəlmanların boynuna qoyduğu məcburi sədəqə olan zəkat Dağıstanda 10-dan çox imkansız ailəyə tibbi yardım göstərilməsinə şərait yaradıb.
Bu haqda yerli İslam mediası xəbər verir.
“İnsan” xeyriyyə fondunda bildirilib ki, bəhs edilən məbləğdə zəkatı fonddan ehtiyacı olan ailələrin siyahısının təqdim edilməsini xahiş edən yerli iş adamı ödəyib. Xeyriyyəçi adının açıqlanmasını istəməyib...
“Bu yaxınlarda bir yerli sahibkar bizə müraciət etdi. Adının anonim qalmasını istədi. Lakin o, qısa müddət ərzində himayəmizdə olanların bir çox probleminin həllinə imkan yaratdı. Həmin iş adamının ödədiyi zəkat "Sağlam olun" proqramı çərçivəsində 13 ehtiyaclı ailə üçün müayinə, müalicə, reabilitasiya, və dərman almaq xərclərini ödəməyə kömək etdi”- fondun açıqlamasında belə deyilir.
Xeyriyyə təşkilatı Allahsevər bir sahibkarın bu davranışının başqaları üçün də nümunə olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, zəkat İslamın 5 sütunundan biridir. Bu, imkansız və yoxsulların var-dövləti müəyyən səviyyəyə çatmış varlı və zəngin insanların mallarından öz paylarını almaq hüququdur. Zəkat ödənişi sədəqədən fərqli olaraq Allah qarşsında bir borc, vəzifədir...
Xatırladaq ki, bu günlərdə Türkiyə Prezidenti R.T. Ərdoğan öz çıxışında zəkatın vacibliyini vurğulayaraq deyib ki, əgər bütün zəngin müsəlmanlar zəkat ödəsəydi, müsəlman ölkələrində ac, yoxsul qalmazdı...
P.S. Azərbaycandakı super zənginlərin, çətin ki, zəkat ödəməyə qeyrəti çatsın... Allah bizləri cinayətlərini sübut edə bilmədiyimiz, adları açıqlanmayan allahsız korrupsionerlərdən qorusun!..
moderator