İtaliyada bir rəsm qalereyasından 22 il əvvəl oğurlanan tablonun qalereyanın xarici divarındakı qapaqlı bir bölmədən olduğu ortaya çıxıb.
Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, İtaliyanın şimalında yerləşən bir rəsm gqalereyasında meydana gələn hadisə qalereya çalışanları və incəsənət həvəskarlarını təəccübləndirib.
Qalereyadan 22 il əvvəl oğurlanan Avstriyalı rəssam Gustav Klimtə aid "Portrait of a Lady" adlı tablonun bu illər ərzində rəsm qalereyasında olduğu ortaya çıxıb.
Qalereyada xidmət göstərən bir təmizlikçinin təmizlik etdiyi zaman xarici divardakı qapaqlı bir bölməni açdığı və burada qara bir dəsmala bükülü olan tablonu gördüyü bildirilib.
Yerli media təmizlik edən qadının zibil qutusuna atmağı düşündüyü tablonu qalereyada çalışan bir rəssamın gördüyünü və tabloya baxan zaman onun 22 il əvvəl oğurlanan tablo olduğunu gördüyünü açıqlayıb.