Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sizlərdən biri – Fərzulla Xasay



Fərzulla Xasay Səfər oğlu 1972-ci ildə Masallı rayonunun Mollaoba kəndində doğulub. Ali təhsilli iqtisadçıdır. 2011-ci Ildən Müsavat Partiyası Masallı RT-nin sədridir, ailəlidir, 2 övladı var.
Xasay bəy, Parlament seçkilərinə qatılmaqda başlıca məqsədiniz və hədəfləriniz nədən ibarətdir?
Parlament seçkilərinə qatılmaqda başlıca məqsədimiz Müsavat Partiyası olaraq, Azərbaycan xalqına müxalifətin ölmədiyini, hələ də xalqı səfalətdən, işsizlikdən, məmur özbaşınalığından xilas etmək üçün ölkənin demokratikləşdirilməsi uğrunda öz mübarizəsini yorulmadan davam etdirdiyini bir baha nümayiş etdirməkdir. Konkret olaraq mənim Masallıdan namizədliyimi irəli sürməyimə gəldikdə isə, əsas məqsədim çox sevdiyim vətənimə, onun insanlarına həqiqi vəkil olmaqdır. Masallının millət vəkili təyin edilən şəxs və ya şəxslər öz xidmətlərini əlbəttə ki, bizlərə yox, onu “təyin edən” rəhbərlərinə göstəriblər. Mən isə öz "təyinatımı" həmyerlilərimdən istəyirəm, onların səsinə və dəstəyinə güvənərək millət vəkili seçilmək əzmindəyəm və xidmətimi də mənə səs verən insanlara, göstərəcəyəm. Amalım haqsızlığa qarşı mübarizə aparmaq, bu mübarizədə xalqın yanında olmaqdır.
Bəziləri elə hesab edir ki, siz 2 çağırış Milli Məclisə deputat seçilmiş Elmira Axundova kimi ciddi rəqiblə üz-üzəsiniz. Bu, sizin üçün problem deyil ki?
“Bəziləri” dedyiniz kimi hesab edə bilər, amma mən hesab edirəm ki, E. Axundova sıradan bir rəqibdir və mənə problem yaratmır. Çünki ideoloji mübarizə prinsipindən yanaşsaq E. Axundova hakimiyyətin dəstəkçisidir. Onun xalqa dedikləri xalqı razı sala bilməz. Mən isə xalqın mövqeyindən, onların həyatlarında yaşadıqları problemlərdən və onların həlli yollarından bəhs edirəm. Çünki əhali mövcud sosial-iqtisadi siaysətdən narazıdır. Ümumiyyətlə götürdükdə isə bu on ildə E. Axundovanın fəaliyyəti barədə aktiv siyasətdə olan biri kimi nəsə tapa bilmirəm.
Artıq ilk görüşlərinizi keçirtmisiniz. Bu görüşlərdə hansı uğurlarla, yaxud problemlərlə qarşılaşırsınız? Müşahidələriniz nə göstərir?
İlk görüşümüz Boradigahda oldu. 100-lə insanın qatıldığı izdihamlı bir görüş keçirdik. Elə ilk görüşdən hamıya aydın olan həqiqət-əhalinin hakimiyyətdən və onun yerli təmsilçilərindən nə dərəcədə narazlığı, bu narazılığın Müsavata və onun namizədi Xasay Fərzullaya böyük dəstək şəklində ortada olduğu bir daha, həm də qəti şəkildə nümayiş edildi. İnsanların səmimi və xoş münasibəti, müxalif mövqedən çıxışım, insanların problemlərindən bəhs etməyim, onların haqlı mövqelərinin müdafiəçisi olmağım uğurumdur. Seçki şüarımı da qısa və konkret seçmişəm: Sizlərdən biri! Siyasi proseslərdən məlumatlı olan, xalqın problemlərinə biganə qalmayan insanların mənə səs verəcəyinə inanıram. Lakin illərdir saxtalaşdırılan, real seçilmiş şəxslərin yox, təyin edilmiş adamaların onalara “vəkillik” etməsi insanlarda seçkiyə inamı öldürüb. Məsələnin bu tərəfi çox narahatedicidir. Mənim bir namizəd klimi bir missiyam da bu ümidi, inamı onlara qaytarmaqdır. Çətindir, məhdud və çətin şərtlər altında mübarizə aparırıq. Amma aparırıq. Hakimiyyət müxalif fikrin xalqa çatmaması üçün namizədlərə ayrılan 4 dəqiqəlik pulsuz efir vaxtını belə ilk dəfə olaraq insanlara çox gördü. Şübhəsiz ki, prosesdə vətəndaşlar da aktiv olmalıdırlar, səslərini müdafiə etməyi bacarmalıdırlar. Seçkiyə inamsızlıq insanları daha da pis duruma salmaqdadır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 444 manat təşkil etdiyi halda, (Masallıda bu rəqəm 280 manatdır). Bunun birinci səbəbi iqtisadiyyatın geniş ölçüdə neft sektorundan asılı olmasıdır. Rayondakı özəl sahələrdə isə əmək haqları ucuz işçi qüvvəsi ucbatından aşağıdır. Sosial-siyasi vəziyyətin çətinliyi və qarşıda daha da çətinləşəcəyi artqı ən yuixarı səviyyədə etiraf olunmaqdadır. O baxımdan hakimiyyət özündə siyasi iradə tapıb normal islahatlara start verməli, demokratik seçkilər keçirməlidir. Vəziyyətdən çıxmağın və İnkişafın yolu yalnız budur.

Siz Mollaba kəndindənsiniz. Elmira xanım da valideynlərinin Mollobdan olduğunu bildirir. YAP namizəd kimi təqdim edilən Raqib Novruzov da həmin kənddəndir. Yəni, 71 saylı DSK-da 6 namizəddən 3-ü Mollaba kəndindəndir. Bu dairədə Mollaobanı epiçentr saymaq olarmı?
Bəli, qeyd etdiyiniz namizədlər bioloji cəhətdən Mollaobalıdırlar. Amma Mollaobaya bağlılıq baxımından mən Mollobaya daha yaxınam. Müxalifətdə olmağım, insanların probleminə diqqətlə yanaşmağım, bir sözlə haqsızlığa qarşı olmağım əslində qeyri-rəsmi millət vəkilliyi statusuna sahib olmağa mənə imkan verib. Seçkilər isə bu statusun rəsmiləşdirilməsidir. Mollaobadakı seçki vəziyyəti isə bəzi suallara cavab tapmaq üçün önəm daşıyır. Namizədlərin eyni kənddən olması və kənd daxilində seçkinin nəticələri özündə çox şeyi ehtiva edəcək. Amma mənim üçün tək Mollaoba epicentr sayılmır. 71 saylı dairədə ayağımın dəydiyi hər kənd, ünsiyyətdə olduğum hər vətəndaş seçkinin epicentrı sayılır. Nəzərə alsaq ki, bu yarışdır, hətta 1 vətəndaşın səsi həlledici ola bilər, o zaman hər yer epiçentr sayıımalıdır.

Deputat seçilsəniz, ilk 3 addımınız nə olacaq?

Əslində bu tip suallar normal seçki mühiti olan ölkələr üçün maraq kəsb edir sualdır. Mən görülməli olan işləri sıralamq istəməzdim. 2, 3, 5. Fərq etməz, mövcud durumda görüləcək hər bir iş önəm daşıyır. Amma mən tərəddüd etmədən ilk addımda gənclərin problemlərini önə çəkərəm və həllinə nail olmağa çalışaram. Cəmiyyətin bu təbəqəsi elə bir həlledici xüsusiyyətə malikdir ki, onların hansı durumda olması cəmiyyətin istiqamətini şərtləndirir. Əgər gənclik yaxşı durumdadırsa onlardan sonra gələn yeniyetmə nəslə pozitiv təsir edir, özündən yaşlı nəslə, öz valideynlərinə isə arxayın yaşamağa həvəsləndirir. Lakin bu gün həm Masallıda, həm də bütövlükdə Azərbaycanda gəncliyin maddi-sosial təminatı yaxşı deyil. Gənclik sanki özünə inamı itirib. İşsizlik kütləvi hal alıb. Hakimiyyət bu vətəndaşların problemini həll etmək istəmir. 2014-cü ilin göstəricilərində Masallıda cəmi 117 nəfərin işsiz olduğu göstərilir. Əlbətdə, bu real deyil. İşsiz gənclərin dəqiq qeydiyyatı aparılmalıdır. Onlar işlə təmin olunmalıdır,. Bundan başqa müəyyən yaş həddində olan gənclərə evlənmək, ev tikmək işlərində birdəfəlik yardım alması haqqında, onların yaş həddinə uyğun xüsusi imtiyazlı qanunlar qəbul etmək gənclərin sosial rifahının təmini üçün çox mühümdür. Mənim hədəfim budur. Sonda qəzetiniz vasitəsilə 71 saylı dairənin dəyərli seçicilərinə müraciət edib demək istəyirəm ki, ümidsizliyə qapılmaq olmaz. Peyğəmbərimizn buyurduğu kimi biri pislıiyindən əl çəkmirsə, siz yaxşlığınızdan niyə əl çəkməlisiniz.əl Seçkiyə gedin. İnanıram ki, inanclı, haqqın və ədalətin, azadlığın müdafiəçisi olan 71 saylı dairənin hər bir seçicisi seçkiyə qatılıb mənə- özlərindən biri olan Fərzulla Xasay Səfər oğluna səs verəcəklər.
Yazi Fərzulla Xasayın Seçki Qərargahı tərəfindən hazırlanıb, reklam xarakterlidir və ödənişli əsaslarla çap edilir.






























Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10