ABŞ-ın “Nike” idman kompaniyası müsəlman qadınlar üçün çimərlik geyimi ("kupalnik") hazırlayıb. “Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən məlumatına görə, “Victory Swim” kolleksiyası 2020-ci il fevralın 1-dən bütün firma mağazalarında satışa çıxarılacaq.Tamamilə bağlı çimərlik kostyumu və ayrıca üzmək üçün nəzərdə tutulmuş hicab tez quruyan parçadan hazırlanıb, hansı ki, həm də günəşdən qoruyur.
Qeyd edək ki, 2017-ci ildə kompaniya müsəlman qadınlar üçün idman hicabı buraxmışdı.
[media=https://www.youtube.com/embed/ylZu9sWB-K8]














