Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Demokratik yolla deputat seçilmək istəyən varsa, buyursun bu tərəfə...”


“Seçkiqabağı “EuroHome”- “Avropa evi”miz birdən yandı – yəqin təzə deputatlar da yavaş-yavaş “Rusiya Evi”- “Kремль-Дoм” tikəcəklər...”
7 cümlədə 7 dərd...



Papağımız on illərlə telekanallarda,  qəzet və saytlarda erotikaya, pornoya qurban ediləndən sonra yarıçılpaq “qız”, “qadın” adlananlarla reklam olunan kəlağayının namusunu kim çəkəcək ki?..

***

Gürcüstanda erməni kilsələrinə Azərbaycan qazı verilir, üstəlik, dağlarda yaşayan gürcülər qışda qazpulundan azad edilir,  qazın mənbəyi olan Bakının bağlarında, Bayıl qəsəbəsində, aran Kürdəmir, Ucar, Bərdədə, Ağcabədidə və s. isə  nəinki qışın oğlan çağında, yazda-yayda da günlərlə qazın gəlməməsi problemi yaşanır...

***

Seçkiqabağı “EuroHome”- “Avropa evi”miz birdən yandı –yəqin 2020-ci ilin yazından təzə deputatlar da yavaş-yavaş “Rusiya Evi”- “Кремль-Дом” tikəcəklər...

***

Deyilənə görə, Mozambikdə seçkilər olanda hakimiyyət “etibarlı” bir adamını “namizədlərlə iş üzrə ağsaqqal” təyin edir, o da namizədləri bir-bir qəbul edib açıqca elan edir: 
“Demokratik(!) seçki  yolu ilə deputat seçilmək(!) istəyən varmı,  buyursun bu tərəfə... Həqiqətən deputat  olmaq istəyənlər varsa, mənim yanımda “bizim siyahı”ya “düşsün”...

*** 

Sovet dövründə tanınmış kolxozçulardan olmuş Qədimalı kişi kənd təsərrüfatı mütəxəssislərindən soruşur ki,  qadanız alım, bir məni başa salın görüm, bu danaların, öküzlərin hörüyünü dəyişmək və ya kəsilən heyvanların yerinə təzələrini bağlamaq - otlaq sahəsindəki otların, çiçəklərin tapdanmasının qarşısını  nə dərəcədə alır?..

***

“Mən deputat seçilim, cümlə Qarabağ erməniyə qalsa da, qalsın!..” 

***

Deyirlər, Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır, amma demirlər ki,  cinayətkarların ağası - korrupsioner oliqarxlar, məmurlar arasında neçə narkoman və neçə narkobaron var?..

Sultan Laçın



moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10