Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Makron rusiyalı jurnalisti pərt etdi: "Burda qaydaları mən qoyuram"


Fransanın paytastı Parisdə Normandiya Zirvəsindən sonra təşkil edilən mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenskiy ona sual verən Sputnikin müxbirini Donbasa dəvət edib.
Ardından zaldakı digər rus jurnalistlər də onların və dostlarının Ukraynanın cənub-şərqinə səfər etmələri üçün icazə istəyib.
Cenub.az konkret.az-a istinadən xəbər verir ki, bu zaman Fransa Prezidenti Emannuel Makron araya girərək jurnalistlərin sözlərini yarımçıq qoyub. Müxbirlərin hərkətinə sərt reaksiya verən dövlət başçısı onları pərt edib.
“Burda qaydaları mən qoyuram, siz yox. Prezidentin sözlərini bitirməsinə icazə verməlisiz. Hesab edirəm sizə aydın oldu. 4 sual verməli idiz, 4 sual da verdiz. Səbriniz və işiniz üçün sizə təşəkkür edirəm” deyə Makron toplantını yekunlaşdırıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10