Həmyerlimiz, Masallı rayonu Çaxırlı kəndindən olan, Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin yeni kitabı – “Düşüncə Vadisi” Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə Təbriz şəhərində “Bahar Doxt” nəşriyyatı tərəfindən çap olunmuşdur. “Düşüncə Vadisi” müəllifin aforizmlərindən və lirik-fəlsəfi ikiliklərindən seçilmişdir. Bütöv Azərbaycan mədəniyyətinin dəyərlərini daşıyan bu kitab tanrısallıq mehvərində əl-ələ tutan İnsanla Varlığın araçılarsız dialoqunun bir örnəyidir.