Tanınmış iş adamı, Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Fərhad Əhmədov sosial şəbəkədəki hesabında maraqlı bir paylaşım edib. Öz satusunda müxalifətin tərəfini tutan iş adamı parlament seçkilərindən danışıb.
“Mən parlament nümayəndələrinin bir çoxları ilə şəxsən tanış idim. Bu parlamentdə qruplaşmalar da var idi, təsadüfi adamlar da. İslahat və dəyişikliklərə qarşı çıxan güclər də. Boz kardinallar və digər hakimiyyətə yaxın dairələrin orda öz ciblərində saxladıqları cib deputatları var idi.İndi bu kuklaoynadan və kuklalardan azad olmuşuq yeni seçkilər zamanı gəlib.
Ümid edirəm seçki kampaniyası nəticəsində cəmiyyətin seçki institutuna olan münasibəti dəyişəcək. Və ona da ümid edirəm ki, ölkəmizdə kosnstruktif müxalifət yaranacaq. Sovet İttifaqı 30 ildir dağılıb, lakin onun mirasını əldə etmiş bizlər hələ də Stalin rejiminin prinsiplərindən əl çəkməmişik. Ona görə bəziləri üçün müxalifət söyüş kimi səslənr bəziləri də bu ifadəyə şübhəli yanaşır.
Konstruktiv müxalifətin mövcudluğu cəmiyyt və dövlətin kamilliyinin əsas indikatorlarından biridir.
Müxalifət necə yaranır? Cəmiyyət hansısa istiqamətdə addımlamağa qərar verəndə mütləq şəkildə alternativ rəylər yaranır, xüsusən resursları hardan əldə etmək və nəyə sərf etmək məsələsində fikir ayrılıqları mövcud olur. İstənilən hakimiyyət resurslar üzərində monopoliya nəzarəti yaratmağa meyilli olur və bu da cəmiyyətdə naraqzılqı yaradır. Həmin narazı qismin içərisindən müxalifət doğulur. Həll yolları olaraq intriqalar, böhtanlar, çevrilişlər və vətəndaş mügaribələri özlərini göstəririr.
Cəmiyyətin idarəetməsində ideal variant İngiltərə modelidir.Parlamentə müxalif qüvvələr qanunla nəzarət funksiyasına malikdirlər. O deməkdir ki, onlar istənilən vaxt hakimiyyətlə yerlərini dəyişə və çevriliş edə bilərlər. Əks variant totalitarizmdir. Bu rejimdə hakimiyyət dəyişikliyi yalnız inqilab və qan bahasına mümkün olur”.
REAL partiyasının sədri İlqar Məmmədov Fərhad Əhmədovun fikirlərinə cavab verib.
Müəllifin fikirlərinə hörmətlə yanaşan partiya sədri onunla razılaşmadığı məqamları da dilə gətrib. “Azərbaycan ictimaiyyəti rüşvətə korrupsiyayay yalanlara hakim dairələrin təzyiqinə o qədər alışıb ki, artqı müsbət hallara da inamsız yanaşır. Çox tezliklə cəmiyyət anlayacaq, həqiqətən hakimiyyətə xarakterə malik insanlar gəlib yoxsa notarial kontoru təkrar texniki ekspertiza bürosu ilə əvəz edib. Sistemin bütün problemi bu anlayışın qaçılmaz olmadığınıl anlamasındadır.Fevral ayında baş tutacaq seçkilərə rəhbərlik yeni dozirovka alətləri kimi baxmamalıdır”.(bizimyol.info)