Bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür.
Bəs ölkəmizdə insan hüquqları ilə bağlı vəziyyət nə dərəcədə qənəatbəxşdir?
Hüquqşünas Əliməmməd Nuriyev bu sahədə vəziyyətin ümumilikdə müsbət olduğunu vurğuladı:
“Azərbaycan insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Beynəlxalq sənədlərin ratifikasiyası ölkəmizin üzərinə bir sıra öhdəliklər qoyur. Bu öhdəliklədən biri də ondan ibarətdir ki, konvensiyada göstərilən hüquqların mili qanunvericilikdə əksi vacib məsələdir. Müvafiq təsisatların yaradılması da bundan irəli gələn vəzifələrdən biridir.
Bu gün Azərbaycanda Ombudsman İnstitutu var. Konstitusiyamızın bütöv bir fəsli insanhüquq vəı azadlıqlarına həsr olunub. Azərbaycanda bir neçə dəfə insan hüquq və azadlıqları ilə bağlı milli fəaliyyət planı hazırlanıb və icraya yönəlib.
Məhkəmələrin fəaliyyətində də insan hüquqlarının qorunması mühüm bir funksiya kimi qeyd olunub. Ölkəmizdə insan hüquqları ilə bağlı qanunvericilik bazası yetərincədir. Bununla bağlı institusional təsisiatlar da yaradılıb.
Ölkəmizdə Bank Ombudsmanı deyilən təsisat da mövcuddur. Bu da vətəndaşların bankla bağlı münasibətlərində onların hüquqlarını qorumağa yönəlik mühüm təsisatlardan biridir.
Azərbaycan Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasına qoşulub. Istənilən hüquq pozuntusu şəxs tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə nəticələnə bilər. Ölkə daxili hüquqi vasitələr tüklənibsə, vətəndaş həmin məhkəməyə müraciət edə bilər.
Bu günə qədər xeyli sayda vətəndaşımız Avropa Məhkəməsinə müraciət edib. Onlaırn bir qisminin müraciəti qəbul edilib, bir çoxlarının iddiası ilə qəbul edilməyib.
Ölkəmizdə insan hüquqları ilə bağlı vətəndaş cəmiyyətlərinin, QHT-lərin fəaliyyəti də mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdə bu yöndə qanunvericilik bazası kifayət qədər genişdir. Sadəcə, qərar və qanunların icrasına nəzarət istiqamətində atılan addımlar daha da genişləndirilməlidir. Bu, insan hüquqlarının daha etibarlı şəkildə qorunmasını təmin edə bilər.
Bir sözlə, bu müstəvidə uğur və müvəfəqqiyətlərlə yanaşı, müəyyən problemlər də var və bu isə yeni, daha effektiv addımların atılmasını zəruri edir”.
moderator.az