Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kəmaləddin Heydərov generalı işdən çıxardı


Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub
 
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
Cenub.az modern.az-a istinadən xəbər verir ki, Nazirliyin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.
 
Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.
 
FHN-dən xəbəri təsdiqləyiblər.
 
FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.
 
Ailəlidir, 2 övladı var.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10