Sahibkarlar yanğının planlı şəkildə törədildiyini iddia edirlər
Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğında mağazaları ciddi zərər görmüş sahibkarlarla polis arasında qarşıdurma yaşanıb.
Sahibkarlar yanğının qəsdən və planlı şəkildə törədildiyini iddia edirlər.
Hadisə yerində olan, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə hazırda yanğının səbəblərinin araşdırılırdığını bildirib.
Qeyd edək ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub. 21 min kvadrat metr ərazini əhatə edən yanğın tam məhdudlaşdırılıb.
Ayna.az