Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putinlə Zelenski arasında ilk ikitərəfli görüş başlayıb


Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.

Buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar.

Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır.

Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir. 

Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib. (Report)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10