ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.
Cenub.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.
Bu il ABŞ hökuməti SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci, Gürcüstan isə 63,85%-lə üçüncü yerdədir.
Vizalarla bağlı ən az imtina isə Azərbaycan (25,43%), Belarus (21,93%), Estoniya (24,81%), Latviya (18,98%) və Litva (18,67%) vətəndaşlarına verilib.