AzEdu.az təhsil portalının icraçısı, BP şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Kurikulum bələdçisi (izahlar və tətbiqlər) kitabının təqdimat mərasimi keçirilib.
BP şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun mütəxəssislərinin birgə iştirakı ilə hazırlanan “Kurikulum bələdçisi (izahlar və tətbiqlər) adlı vəsaiti təhsil nümayəndələrinin xüsusi marağına səbəb olub.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilən və nəşr edilərək dövlət ümumitəhsil müəssisələrinə paylanılması tövsiyyə edilən kitab BP şirkəti tərəfindən icrası AzEdu.az MMC-yə həvalə edilən layihənin tərkib hissəsidir.
BP və onun Azəri-Çıraq-Günəşli,Bakı-Tiblisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları-“SOCAR”, "TPAO”, "PETRONAS”, "CHEVRON”, "LUKOİL”, "NİCO”, "Equinor”, "İNPEX”, “ExxonMobil”, "SGC”, "İTOCHU”, "ONGC”, "TOTAL”, “Eni”- bu gün məktəblərdə və digər təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaq məqsədilə müəllimlər üçün yuxarı siniflərin kurikulum metodikasına dair bələdçi kitabın və terminlər lüğətinin təqdimatı keçirilib.
Layihə çərçivəsində 500 kitab və 3000 lüğət dərc edilib və onlar müəllimlərə və təhsil müəssisələrinə təqdim ediləcək.Habelə, məktəblərə və digər təhsil müəssisələrinə təqdim ediləcək.
Xatırladaq ki, layihə Bp-nin və tərəfdaşlarının təhsilin inkişafına dəstək vermək və bütün səviyyələrdə yerli bacarıq və səriştələri artırmaq istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir. Layihənin məqsədi müəllim və müəllim vəzifələrinə müraciət etmək istəyən şəxslərin innovativ tədris bacarıqlarını təkmilləşdirməyə yardım edəcək kurikulum bələdçisi ilə təmin etməkdir.
Kitabın təqdimatı zamanı BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu kurikulum metodikası üzrə kitab və yeni kuruikulumun tədrisi üzrə pedaqoji terminləri əhatə edən lüğət müəllimlər üçün dəyərli vəsait olacaq və onlara innovativ və qabaqcıl tədris metodlarının və üsullarının tətbiqində əlavə bələdçilik edəcək:
"Müəllimlər məktəb kurikulumunun hazırlanmasında, həyata keçirilməsində qiymətləndirilməsində və dəyişdirilməsində mühüm rol oynayırlar. Bu kitaba dəstək olmaqla, biz müəllimlərin bu mühüm rolunu vurğulamaq və onların tədrisin və ümumilikdə ölkədəki təhsilin keyfiyyətinin davamlı surətdə artırılması istiqamətində gördüyü səylərə dəstək olmaq istədik.Ümid edirik ki, hamı bugünkü , həm də gələcəyin müəllimləri bu vəsaitdən bəhrənələcəklər”.
BP vitse-prezidentindən sonra adıçəkilən kitab və lüğətlə bağlı hər iki toplunun müəlliflər heyətinin rəhbəri, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov çıxış edib.
Müəllif kitabın müəllim və müəllim olmaq istəyən şəxslər üçün faydalılıq meyarlarından danışıb.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva, Təhsil Nazirliyi yanında ictimai Şuranın sədr müavini Nadir İsrafilov, AzEdu.az Təhsil portalının baş direktoru Elşad Eyvazlı çıxış edərək kitabın məziyyətlərini vurğulayıblar.