Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək
Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin Sədri Vasif Talıbov Ali Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, yeni seçkilər dekabrın 9-da keçiriləcək.
Sərəncamda deyilir:
“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".
Qeyd edək ki, dekabrın 2-də Milli Məclis buraxılması üçün Prezidentə müraciət edib. Sonra dövlət başçısı Parlamentin buraxılması və gələn il fevralın 2-də növbədənkənar seçkilərin təyin olunması barədə sərəncam imzalayb.