Beş partiyalı koalisiya hökumətinə rəhbərlik edən Fin Sosial Demokratlar 34 yaşlı nəqliyyat naziri Sanna Marinini ölkənin Baş Naziri seçiblər.
Cenub.az konkret.az-a istinadən xəbər verir ki, Sanna Marini gələn həftə vəzifələrini yerinə yetirməyə başlayacaq.
Sanna Marini Baş Nazir seçilərkən şərhində deyib: “Bizim, koalisiyanı bir araya gətirən ortaq bir hökumət proqramımız var”.
Cəmi altı ay əvvəl vəzifəyə başlayan koalisiya, A. Rinne (sabiq baş nazir) istefa etdiyini elan etdikdən sonra proqramını davam etdirməyə razı olub.