Çər. axşamı   4 mart 2025   22:17:39  

Qırışları 3 gündə yox edən aspirin maskası



Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır, əsas da qırışları qısa zamanda yox edir. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamayın. Yanğı hissi yarandıqda, maskanı dərhal yuyun.

Sizə tərkibində aspirin olan bir neçə maska təqdim edirik:

1. Sadə aspirin maskası
4 aspirin həbi əzilir, ilıq su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir.  

2. Aspirin maskası balla
3 həb aspirin əzilir, 1 ç.q. ilıq su və 1 ç.q. duru bal əlavə olunur, qarışdırılır və üz dərisinə çəkilir.

3. Aspirin maskası qatıqla
2 həb aspirin əzilir, 1 x.q. qatıq əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir.

qadın.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: cenubzahir@mail.ru
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10