Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat


Alimlər aydınlaşdırdılar ki, alış-veriş ən azı seks qədər böyük həzz verir.

Bu barədə New York Post neyro-kompüter interfeyslərinin hazırlanması üzrə şirkət - "MyndPlay"in tədqiqatlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, alış-veriş edən insanları iki kateqoriyaya bölmək olar. Birinciyə fərdiyyətlərini tərənnüm edən malları almağa çalışan insanlar aiddirlər. İkinci qrup insanlar isə mağazalara yalnız mühitə uyğun olmaq və dəblə ayaqlaşmaq üçün gedirlər.

Tədqiqatçılar yoxlananların beyin qamma-ritmlərini təhlil edərək bu qənaətə gəliblər ki, birinci qrupun 84% alıcısı alış-veriş zamanı böyük həzz yaşayırlar. Maraqlıdır ki, beynin bu göstəriciləri yarışlarda qələbə və seks zamanı alınan həzzlə eyni ritmdədir.

Milli.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10