Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarından alınan məlumata görə, Astara Dövlət Yanğından Mühafizə Hissəsinə saat 14:22-də Astara rayonu Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evinin yanması ilə əlaqədar məlumat daxil olmuşdur.
Yanğınsöndürənlər hadisə yerinə saat 14:48-də çataraq saat 15:21-də yanğını tam söndürmüşlər.
Yaşayış evinin 1932-ci il təvəllüdlü Heydərov Novruz Məydan oğluna məxsus olduğu və evin 112 kv. metr sahəsindən 20 kv. metr sahəsinin yanğına məruz qaldığı müəyyən edilmişdir.
Hadisə yerindən verilən məlumata əsasən, yanğın zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlu həlak olmuşdur.
Qısa müddətdə hadisə yerinin fotoşəkillərini əldə etməyə çalışacağıq.