Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA



“Xəzər” TV qurumda rəhbərlik dəyişikliyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Cenub.az xəbər verir ki, “Xəzər” TV MMC-dən oxu.az-a bildirilib ki, son günlər  “Xəzər” TV MMC barədə mətbuatda həqiqətə,  heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır.

“Bəzi informasiya saytları xüsusi canfəşanlıqla guya “Xəzər” TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin  aparıldığı ilə bağlı məlumatlar yayırlar.  Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa mənbədən aldıqlarını iddia edirlər. Amma  “Xəzər” TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir”.

“Xəzər” TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. “Xəzər” TV əvvvəllər olduğu kimi  Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”,- deyə TV-dən qeyd ediblər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10