
Aprel ayında İnstaqram sosial şəbəkəsi də bir neçə iranlının hesabını bağlayıb. Səbəb kimi, ABŞ rəhbərliyinin İran İnqilab Keşikçiləri Ordusunu xarici terror təşkilatları siyasına daxil etməsi göstərilib.
Həmçinin, İnstaqram, İran İnqilab Keşikçiləri Ordusunun ölkədən kənarda hərbi-kəşfiyyat əməliyyatları aparan Qüds Qüvvələri Komandiri Qassem Soleimani-nin 888 min izləyicisi olan hesabını bağlayıb.