Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

17 yaşlı müsəlman qız 100-dən çox amerikalını xilas etdi-İbrətamiz...-VİDEO



Müsəlmanları “cahil”, “mədəniyyətsiz”, “terrorçu” kimi qələmə verməyə çalışanlara növbəti ibrət olsun...




ABŞ-ın Viskonsin ştatında 17 yaşlı  məktəbli qız - Dua Əhməd təmkini, soyuqqanlılığı və sürətli reaksiyası sayəsində oxuduğu məktəbin yüzdən çox şagird və əməkdaşını xilas edib. 

“New York Post" nəşrinin verdiyi xəbərdə belə deyilir.
Dərs zamanı gözlənilmədən 16 yaşlı bir yeniyetmə məktəb işçilərindən birini bıçaqlayıb və əməkdaş  atəş açıb. Həmin məqamda hicablı müsəlman şagird ümumi çaxnaşmaya qapılmayıb və yaxınlıqda bir məscidin olduğunu, digər şagirdlərlə birlikdə vəziyyət düzəlincə orada gizlənə biləcəklərini anlayıb. Məscidə çatan kimi qız dərhal  qapını açan kodu yığıb və bütün həmyaşıdlarını irəli buraxıb. 

"Hamı bərk qorxmuşdu. Adamlar ağlayır, kim isə digərini sakitləşdirirdi. Əsl xaos idi...”-deyə D.Əhməd jurnalistlərə açıqlamasında bildirib. 

Müsəlman qız hadisədən sonra onunla əlaqə saxlayan hər kəsə təşəkkür edib və fövqəladə vəziyyətdə insanlara kömək etməkdən məmnun olduğunu vurğulayıb.

moderator






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10