Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kitaba üz tutun, peşman olmazsınız!


İsrafil Hüseynov. “Ziyalı ocağı” İctimai Birliyinin sədr müavini
Elə bilirdim ki, bu yaşda məni heç nə təəccübləndirməz. Lakin, Masallıda Kitab Evinin açılmasına təəccübləndim. Bəlkə də 30 il əvvəl bu çox adı bir xəbər olardı, amma indi çoxlarının kitabdan küsdüyü bir məqamda bu fədakarlıqdır. Özüm inşaatçı olsam da daim idmana, kitaba bağlı adam olmuşam. Sizin kitab-ehsanı kampaniyanıza da birincilər sırasında qoşulub, 200 manat ayırıram ki, imkansız, eləcə də əlaçı şagirdlərə pulsuz kitab hədiyyə edəsiniz. Özüm və dostlarım daim yanınızda olacaq. Daimi müştəriniz və köməkçiniz olacağıq. Sizə uğurlar, ruhdan düşməyin.
Yeri gəlmişkən təzə ailə quranlara da təklif edirəm ki, 5 dəfə qızıl, pal-paltar dükanına gedən də bir dəfə də kitab mağazasına getsinlər. Burada gənc ailələr üçün çox dəyərli kitablar var.
Qeyd: Məlumat üçün bildirək ki, İsrafil Hüseynov və digər xeyriyyəçilərin – millət vəkili Nəriman Əliyevin və Hacı Fərid Zeynalovun ehsan etdiyi kitabların 100-dən çoxu Bilik günü Masallı 1 sayı tam orta məktəbinin aşağı siniflərinə hədiyyə kimi paylanıldı.

Bu, bütün bölgələrə nümunə olan bir işdir
Azad Yaqubov, Xaçmaz rayonu, el ağsaqqalı

“cenub.az” saytında Masallıda Kitab Evi açılması haqqında xəbəri oxuyanda hədsiz sevindim. Demək, hələ də ədəbiyyat, mədəniyyət fədailəri var imiş. Yerli xeyriyyəçilərin - millət vəkillərinin, hacıların kitab ehsanı verməsi isə bütün ölkəyə nümunə olası bir addımdır. Yəqin ki, biz şimal bölgəsində, ən azından Xaçmaz şəhərində buna bənzər addımlar atacaq, imkan daxilində Masallıdakı kitab ehsanına qoşulub, buradakı imkansız uşaqlara kitab yardımı edəcəyik. Belə işlərə dəstək vermək Allaha da xoş gələr, bəndəyə də. Uğurlar, Zahir müəllim”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10