Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Misli görünməmiş miqdarda silah almışıq..." - Hansı pulla?


2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb. Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. Əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan “misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib.

“Ermənistan regionda hərbi balansın bərpasına yönəlmiş siyasətini davam etdirəcək”,-Paşinyan bildirib.

Jurnalistlər isə parlament kuluarlarında Paşinyanın hansı “misli görünməmiş” silahlardan danışdığını müdafiə nazirinin müavini Qabriel Balayandan soruşublar. O deyib ki, alınan silahların siyahısını açıqlaya bilməz, çünki hərbi sirrdir. Bununla belə Balayan Ermənistanın son iki ildə “intensiv şəkildə yeni, müasir silahlar aldığını” deyib.

“Bundan əlavə, artıq məlumdur ki, təyyarələr (Su-30SM) gətirilmək üzrədir. Qalanları hərbi sirrdir”,-o əlavə edib.

Xatırladaq ki, Rusiya güzəştli kredit hesabına Ermənistana 4 Su-30SM qırıcısı satıb, həmin təyyarələrin yaxın aylarda təhvil veriləcəyi gözlənilir. O ki qaldı “misli görünməmiş miqdarda” silahlara, Ermənistanın həmin silahları hansı imkanlarla aldığı müəyyən deyil. Çünki büdcə imkanları məhduddur və Paşinyanın bəhs etdiyi 28 faizlik artım hesabına ancaq məhdud sayda silah, texnika almaq olardı...

(Virtualaz.org)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10