Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclərlə İş üzrə Komitəsi dekabrın 5-də idman obyektlərində xüsusi ibadət otaqları(müsəlman, xristian, yəhudi və s. din mənsubları üçün) yaradılması barədə layihəni dəstəkləyib.
Cenub.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“İdman obyektlərində dini otaqların təşkili ilə bağlı layihə palatanın (Dövlət Duması - T-i) müzakirəsi üçün təqdim ediləcək,- deyə Komitə rəhbəri Mixail Degtyarev bildirib. -Biz bunu hər hansı yarış təşkilatçısına azarkeşlərin ehtiyaclarını ödəmək hüququ vermək üçün edirik. Hər kəs dəstəkləyir...”
Qeyd edilir ki, Moskvadakı “Ak Bars Bank Arena” stadionunda 2013-cü ildə obyektin açılışından bəri müsəlmanlar üçün bir namaz otağı mövcud olub. 2017-ci ildə FIFA Konfederasiyalar Kuboku təşkilat komitəsinin və Beynəlxalq Futbol Federasiyasının özünün bəzi nümayəndələri turnir oyunlarının vaxtı Ramazan vaxtı olduqda həmin məkanlardan istifadə edib.