“KONKRET” Beynəlxalq Araşdırmalar Qrupu Ermənistanda ərəb turistlərinə və investisiyalarına artan marağı araşdırıb. Bütün sosial şəbəkələrdə və erməni mediasında aylardır aparılan müşahidələr göstərir ki, ərəb şeyxlərinin Ermənistana səfəri, investisiya qoymaq niyyətləri ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır. Ermənistanın daxili siyasi gündəmində ən çox müzakirə olunan mövzulardan biri bu gün məhz ərəblərlə bağlıdır. Hökumət ərəb turistləri və investorlarına ciddi səhv davranışın baş verməməsi üçün tezislərini ortaya qoyub. Artıq İrəvan meri Hayk Marutyanın ərəb invesroları ilə bağlı davranışı, hakimiyyətin səriştəsizliyi bu baxımdan sərt tənqid olunur. Söhbət hansısa 400 milyon dollarlıq bir investisiya proqramının uğursuzluğa səbəb olmasından gedir.
Ümumiyyətlə, mövcud hakimiyyətin ərəb dünyası ilə iş sahəsində işləmək təcrübəsinin az olması xüsusi qabardılır.
Paşinyanı sevməyən daxili qüvvələr öz tezilərini yaymaqla bir növ indiki hakimiyyətə dərs keçir. Həmin tezislərdə bildirilir ki, erməni elitası ərəb dünyasının iş etikasını, adət-ənənələrini, yanaşmalarını, ümumilikdə ərəb monarxiyalarının tarixini, hakim kral ailələrinin tarixini, bir-biri ilə münasibətlərini, ümumiyyətlə, maliyyə dünyasını yaxşı mənimsəməlidir. Çünki qlobal miqyasda ən böyük iqtisadi potensial ərəblərin və Çinin əlindədir.
Erməni müxaif ideoloqları bir daha bildirir ki, ərəb iş etikası hər detalı nəzərə alır. Belə ki, beç bir şeyxin, istər Ermənistanda, istər Gürcüstanda, istər Burkina-Fasoda olsun, öz pulunu yatırtmaqda problemi yoxdur. “Qoy, Hayk Marutyan komandasından Bloomberg və ya Forbesə görə dünyanın ən varlı adamlarının siyahısını verək ki, onlar nə qədər ərəb adının olduğunu öyrənsinlər”, – deyə bununla bağlı yazıda deyilir.
Erməni mediası isə dəfələrlə vurğulayıb ki, ərəb dünyasının monarxları və övladları, istər taxt, istərsə də bir şahzadə olsun, dünyanın istənilən ölkəsində gözlənilən qonaqdırlar. Məqalələrdə bildirilir ki, ərəblər ümumi bir yanaşma olaraq bir-birilərini çox diqqətlə və dərindən öyrənirlər – nitq, jest, üz ifadəsi, hətta bir təbrik, çay təklifinin müəyyən bir anı, çay növü, süfrəyə qoyulma forması və s. Şərqdəki hər şeyin mənası və var. Əks təqdirdə investisiya başqa bir ölkəyə gedəcək və itirən yalnız Ermənistan tərəfi olacaq.
Tezislərdəki detallardan birində isə bildirilir ki, Rusiya və ABŞ kimi super dövlətlər belə Səudiyyə Ərəbistanını daha da dərindən öyrənməkdə davam edir, “çünki ənənəvi Səudiyyə qılınc rəqsi” ölkəni ərəblər üçün cazibədar edə bilər”.