Polşa İkinci Dünya Müharibəsindən əvvəl İngiltərəyə qaçırdığı 8 min külçə qızılı ölkəsinə geri gətirib.
Cenub.az xarici mediaya istinadən xəbər verir ki, aylardır təşkil olunan əməliyyat gizli baş tutub və noyabrın 22-si sona çatıb.
İngiltərənin Daily Mail qəzetinə görə, 4 milyard funt sterlinq dəyərində olan qızıl külçələr Londondan Varşavaya 8 gecə hava nəqliyyatı vasitəsilə daşınıb.
G4S Beynəlxalq Logistika şirkəti qızılın daşınması zamanı təhlükəsizliyi təmin etdiyini və İngilis polisinin də xüsusi təhlükəsizlik işçilərinə dəstək verdiyini qeyd edib.
G4S rəsmiləri sözügedən əməliyyatı bu günə qədər ən böyük qızıl daşıma prosesi adlandırıb.
Hazırda qızıl külçələr Polşa Mərkəzi Bankının anbarında saxlanılır.