Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Peyğəmbərimizin(s) Vətənində də homoseksuallara yaşıl işıq yandırıldı-RƏZALƏT!..


Deməli, Səudiyyə Ərəbistanı rəsmən cahiliyyə dövrünə qayıdır...



Səudiyyə Ərəbistanında ilk dəfə qeyri-ənənəvi  cinsi oriyentasiyaya malik (“LGBT”) məxluqların hüquqlarını qorumaq üçün yaradılan "Muxtalifun" (“Müxtəliflər”) təşkilatı qeydiyyata alınıb.  

Cenub.az xarici İslam saytlarına istinadla xəbər verir ki, adı çəkilən ölkə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın doğulduğu, bu Allah Elçisinə Qurani-Kərimin  nazil olduğu, onun insanları Allaha təslim olmağa çağırdığı,   üzümüzə “qiblə” deyə tutub namaz qıldığımız, hər il milyonlarla müsəlmanın Həcc ziyarətinə yollandığı Müqəddəs Məkkənin, Kəbənin, Allah Rəsulunun məzarı yerləşdiyi bir məkandır.  İslama düşmən güclərin qurub yönləndirdiyi Səudiyyə Ərəbistanında gerçək Allah dinindən ciddi sapmalar olsa da, tarixən İslam ənənələrinin üstünlük təşkil etdiyi bu səltənətdə qeyri-ənənəvi cinsi münasibətlər qanunla əxlaqsız və ədəbsiz davranış sayılıb və buna görə cəza verilib. Təəssüf ki,  Məhəmməd bin Salman əl -Səudun vəliəhd elan edilməsindən sonra liberallaşma, yəni faktki olaraq İslami ənənələrdən uzaqlaşma  və bu dəyişikliklərdən narazı qalan müsəlman ilahiyyatçılarına qarşı repressiyalar başlayıb...

Bu isə artıq Peyğəmbərimizin(s) Vətənində də homoseksuallara, lesbiyanlara, eynicinsli ailələrə və getdikcə onların meydan sulamasına yaşıl işıq yandırılmasıdır.  Deməli, Səudiyyə Ərəbistanı rəsmən cahiliyyə dövrünə qayıdır...

Xatırladaq ki, Allah-Təala Qurani-Kərimdə Lut qövmünü, Ad, Səmud xalqlarını məhz əxlaqsızlıq, zinakarlıq, fahişəlik və ən əsası, ləvat(kişinin kişi, qadının qadınla əlaqəsi)  səbəbindən dəhşətli fəlakətlərlə məhv etdiyini buyurur... 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10