Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalin Azərbaycan sərhəddindən nə üçün həmişə narahat imiş? – Molotovun etirafları: “Hitler məndən “bunu necə edəcəksiniz?” soruşdu" (TARİX)


Sovet İttifaqının rəhbəri İosif Stalin SSRİ-nin müharibədən sonrakı sərhədlərindən yalnız Cənubi Qafqaz respublikaları ilə bağlı narahatlığını ifadə edib. 

 Bu barədə yazıçı Feliks Çuyevə SSRİ xarici işlər naziri olmuş Vyaçeslav Molotov etiraf edib. F.Çuyev V.Molotovun memuarlarını toplayaraq yazdığı  “Molotovla 140 söhbət” kitabında bu barədə qeyd edib.

Mən xarici işlər naziri kimi öz borcumu vətənimizin hüdudlarını daha çox genişləndirməkdə görürdüm. Biz Stalinlə birgə bunun öhdəsindən pis gəlmədik”- deyə 1975-ci ilin yanvarında Çuyevlə söhbətində Molotov bildirib.  O, deyib ki, öz həyatının ən mühüm işini sosialist quruluşunu möhkəmləndirmək, ölkənin hərbi,iqtisadi və siyasi rolunu gücləndirməkdə görürdü: “Nə yaxşı ki, rus çarları bizim üçün bu qədər torpaq tutublar. İndi bizə kapitalizmlə mübarizə aparmaq çox asandır”.

V.Molotov Çuyevə müharibədən sonra Stalinin bağında SSRİ-nin mühairbədən sonra yeni sərhədləri əks olunmuş xəritəni təqdim etərkən rəhbərin necə reaksiya verdiyini açıqlayıb: “Stalin xəritəni divara bərkitdi və dedi: “Baxaq görək bizdə nə alınıb…Deməli belə, Şimalda bizdə hər şey qaydasındadır, normaldır. Finlandiyanın bizim qarşımızda günahı var. Biz sərhədi Leininqraddan o tərəfə itələyə bildik. Pribaltika, bu tarixi rus torpaqları –yenə bizimdir. Beloruslar indi daha bizimlə birgə yaşayır, ukraynalılar da bizimlədir. Moldavanlar da… Qərbdə hər şey normaldır”. 

“Stalin bundan sonra dərhal şərq sərhədlərimizə keçdi: “Bizdə burda nə var? Kuril adaları indi daha bizimdir. Saxalin bütövlükdə bizimdir. Baxın, necə əladır.  Port-Artur da, Uzaq Şərq də bizimdir”- deyə Stalin bundan sonra trubkasını Çinə yönəltdi. Çin Cənub Dəmiryolu da bizimdir. Çinlə, Monqolustanla bağlı hər şey qaydasındadır”. Bu sözlərdən sonra Stalin xəritəyə baxaraq əli ilə Cənubi Qafqazı göstərərək “bax burada bizim sərhəd mənim xoşuma gəlmir” dedi”- deyə Molotov 1974-cü ilin 29 noyabrındakı söhbətində vurğulayıb.

V.Molotov deyib ki, Pribaltika, Qərbi Ukrayna, Qərbi Belorusiya və Bessarabiya ilə bağlı məsələni faşist Almaniyasının xarici işlər naziri Ribbentropla 1939-cu ildə həll etmişdilər: “Almanlar Latviya, Litva, Estoniya və Bessarabiyanın SSRİ-yə birləşdirilməsinə könülsüz razılıq vermişdilər. 1940-cı ildə mən Berilndə səfərdə olarkən Hitler məndən soruşdu: “Yaxşı, ukraynalı və belorusları bir yerdə özünüzə birləşdirmənizi başa düşdük. Eybi yox, moldavanları da birtəhər anlamaq olar. Bəs Pribaltikanı birləşdirməyinizi dünyaya necə izah edəcəksiniz?” soruşdu. Mən cavabında “edərik” dedim”.

V.Molotovun sözlərinə görə, o zaman Pribaltikanın burjua hökümətlərinin liderləri danışıqlar üçün Moskvaya gəlmişdilər: “Amma SSRİ-yə birləşmək barədə sənədi imzalamaqdan imtina etmişdilər. Biz nə edə bilərdik? Sizə məxfi olaraq deyə bilərəm ki, mən çox sərt kursu yerinə yetiridim. Latviyanın xarici işlər naziri 1939-cu ildə Moskvaya gəlmişdi. Mən ona dedim: “Birləşmə barədə sənədi imzalamayınca geriyə qayıtmayacaqsınız”. Estoniyadan bizə hərbi nazir gəlmişdi. Biz ona da həmin sözü dedik. Biz belə son həddə qədər getməli idik. Bunu yerinə yetirdik. Məncə pis də yerinə yetirmədik”. 

“Bəs axı birinci gələn gedib o birilərini xəbərdar edə bilərdi?”-deyə Çuyev Molotova sual verib: “Onların harasa getməyə imkanı yox idi. Necə olsa da özlərini qorumalı idilər axı.  Biz tələb irəli sürəndə…Gərək qərarı vaxtında qəbul edəsən, yoxsa sonra gec olar. Onlar ora-bura vurnuxurdular. Burjua höküməti əlbəttə sosialist quruluşuna könüllü girmək istəməzdilər. Digər tərəfdən beynəlxaq şərait elə idi ki, onlar qərar verməli idilər. İki böyük dövlətin –faşist Almaniyası ilə sovet Rusiyası arasında qalmışdılar. Mürəkkəb vəziyyətdir. Ona görə onlar tərəddüd edirdilər, amma qərar verə bildilər. Bizə isə Pribaltika lazım idi”-deyə Molotov bildirib.

“Polşa ilə biz belə davrana bilmədik. Polyaklar özlərini barışmaz aparırdılar. Biz almanlarla danışıqlardan əvvəl fransız və ingilislərlə danışıqlar aparırdıq: Əgər onlar Çexoslavakiya və Polşada bizim qoşunlara mane olmasalar o zaman işimiz yaxşı gedər. Onlar imtina etdilər.  Ona görə alman ordusunu uzaqlaşdırmaq üçün bizə heç olmasa müəyyən tədbirlər görmək lazım idi”-deyən  Molotov qeyd edib ki, əgər SSRİ 1939-cu ildə almanlarla danışığa getməsəydi  almanlar sərhədə qədər bütün Polşanı tutacaqdılar. “Ona görə biz onlarla razılığa gəldik. Onlar razılığa gəlməli idilər. Hucum etməmək haqqında Pakt almanların təşəbbüsü idi. Biz Polşanı müdafiə edə bilməzdik. Çünki onlar bizimlə əlaqə qurmaq istəmirdilər. Yaxşı, madam ki, Polşa istəmir, amma müharibə artıq “burnumuzun ucundadır”, gəlin heç olmasa Polşanın SSRİ-nin bir hissəsi hesab etdiyimiz hissəsini tutaq”.

Molotov SSRİ-nin Finlandiya ilə bağlı tutduğu mövqeyini də açıqlayıb: “Finlandiyanı necə əfv etdik! Onu özümüzə birləşdirməməklə ağıllı hərəkət elədik. Yoxsa daim qanayan bir yara əldə edəcəkdik. Bu yara sovet hakimiyyətinə qarşı səbəb verəcəkdi. Orada adamlar çox tərsdirlər,həddən artıq… Belə milli azlıq çox təhlükləli olardı”. 

Molotov həmin illərdə Rusiya Almaniya və Avstriya arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı apardığı danışıqların maraqlı məqamlarını da aıqlayıb: “1939-cu ildə Ribbentrop Moskvaya gələndə mən sərhədlə bağlı tələbimi irəli sürdüm: “Sərhədi elə çəkməliyik ki, Çernovitsa bizdə qalsın. Almanlar deyirdilər: “Axı Çernovitsa heç vaxt Rusiyanın tərkibində olmayıb. Həmişə Avstriyanın tərkibində olub. Bunu necə tələb edə bilərsiniz?”  Mən isə “Ukraynalılar tələb edir! Orada ukraynalılar yaşayır, onlar bizə müraciət ediblər”dedim. Səfir Şulenberq deyir: “Axı bura heç vaxt Rusiyanın olmayıb, əvvəl Avstriyanın sonra Rumıniyanın olub”.  Mən “bəli elədir, amma ukraynalıları birləşdirmək lazımdır”-dedim.  Şulenberq “bu məsələni həll etməyəcəyik” dedi.  Mən isə “Həll etmək lazımdır. Ukraynalılar – Karpat Ukraynası, şərqi Ukraynanın hamısı vahid  Ukraynaya məxsusdur. Burada isə bir tikə qalmalıdır? Belə olmaz.  Necə yəni?”  Necə adlanır –Bukovina…” O fırlatdı-fırlatdı, axırda “mən hökumətə bu barədə məlumat verməliyəm” dedi. Hitlər razılıq verdi. Heç vaxt Rusiyaya məxsus olmamış Çernovitsa bizə keçdi və indi bizə məxsusdur. O zaman almanlar bizimlə münasibətləri korlamaq istəmirdilər”.

Molotov SSRİ-nin o dövrdə apardığı xarici siyasətə bəraət qazandırıb: “Biz heç vaxt səfeh durumunda qalmamışıq. Heç kim,-nə bizim əleyhdarlarımız, nə də tərəfdarlarımız bizi axmaq hesab eləməyiblər. Belə bir şeyin olduğunu xatırlamıram”.    

 Azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10