Xalq artisti Ofeliya Sənani səhhətində problem olan Ramiz Əzizbəylinin evində qonaq olub.
Cenub.az Axşam.az-a istinadən xəbər verir ki, diktor “Şou ATV” proqramı üçün aktyordan müsahibə alıb. İnsult keçirən R.Əzizbəyli bildirib ki, beyninin 70 faizi işləmir:
“Həyatda qalmağım bir möcüzə idi. İnsultdan sonra beynimin yalnız 30 faizi işləyir. Danışa bilmirəm, dilim topuq vurur”.
Daha sonra aktyorun həyat yoldaşı Zümrüd xanım: “Onsuz bir günüm olmasın. Ona görə hər əziyyətə dözməyə hazırıq. Tez-tez çağırır ki, gəlin, vəsiyyət edəcəm” – sözlərini söyləyib.