Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Robin Qud” nisyə dəftərində olan borcları ödədi-Sakinlər isə təşəkkür üçün onu axtarır - FOTOLAR



İstanbulun müxtəlif rayonlarında ortaya çıxan və özünü “Robin Qud” kimi qələmə verən xeyirsevər bir adam bu dəfə yenə məhəllə sakinlərinin mağazalara olan borcunu bağlayıb. 

Sakinlər isə onlara bu yaxşılığı edən adamı görmək arzusundadır. Mağaza sahiblərindən biri Mustafa Yağız deyib ki, “mağazanın önündə lüks bir avtomobil dayandı və içindən bir qadın və iki kişi düşərək mənə yaxınlaşıb bildirdilər ki, nisyə tərfərindəki borcu ödəmək istəyirik. Mən də dəftəri onlara təqdim etdim və borcları ödəyib getdilər”. 

Başqa bir mağaza sahibi Məhmət Qurd da həmin adamlarla rastlaşdığını bildirib:

“Mağazada olanda maşınla üç nəfər gəldi və dedi ki, borcları ödəməyə gəlmişik. Onların kim olduğunu soruşsam da, cavab vermədilər. Sonra mağazamdan ərzaq alan iki adamın borcunu bağlayıb getdilər”. 

Sakinlər isə onlara bu yaxışlığı edən şəxsə dua edərək kim olduğunu bilmək istəyirlər, amma görünən odur borcları bağlayan şəxs heç də sıradan bir adam deyil. 
​moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10