Ukraynada pişik 9 aylıq uşağı boğaraq öldürüb. Uşaq arabasına çıxan pişik 9 aylıq uşağın boğularaq ölməsinə səbəb olub.
Ukraynanın Vinnitsa bölgəsində qadın uşaq arabasındakı körpəsini evin həyətində qoyaraq bir neçə dəqiqəlik içəri keçib. Soyuqdan üşüdüyü üçün sığınacaq yer axtaran pişik uşaq arabasının üstünə çıxıb. Bu zaman nəfəs ala bilməyən uşaq boğularaq ölüb.
Ana həyətə çıxdıqda arabanın içində bir pişik olduğunu görüb və onu qovub. Daha sonra uşağın hərəkətsiz olduğunu görən ana təcili tibbi yardım çağırıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.
Ekspertizadının rəyindən sonra uşaqda hər hansı zorlanma aşkarlanmayıb. Pişiyin uşağın üzündə oturması nəticəsində boğularaq öldüyü təsdiq olunub. Yaşanan qorxunc hadisədən sonra ana və ataya psixoloji yardım göstərilib.(azxeber.com)