Biz bir neçə aydır ki, 70 saylı Masallı Seçki Dairəsindən Millət Vəkili seçilmiş və 9 ildir bu adın vəsiqəsini daşıyan Nəriman Əliyevdən müsahibə almaq istəyirik. İstəyimizin bir neçə ayı deputatların yay tətilinə düşdü. Daha sonra isə Nəriman müəllimin oğlunun Masallıda və Bakıda keçirilən toy şənlikləri araya girdi.
Biz müsahibə ilə (izləyicilərin sualları əsasında) bağlı öncə Nəriman müəllimin köməkçisi, çox hörmətli həkim, dostumuz MirNizam Vahabova müraciət etdik. Bir neçə dəfə onunla telefon və üzbəüz söhbətimiz oldu. Belə qərara gəldik ki, təklifimizi Nəriman müəllimin şəxsən özünə deyək. Adi günlərində telefonuna düşmək mümkün olmasa da, (Onlar əsasən tanımadığı nömrələrə cavab vermir) toyda, 2 dəfə təklifimizi şəxsən onun özünə çatdırdıq. Etiraz etmədi. Sonra yenə köməkçisi Nizam müəllimlə telefon əlaqələrimiz oldu. Sonuncu danışığımız noyabrın 29-da oldu. Söz verdi ki, bazar günü mənimlə mütləq əlaqə saxlayacaq. Bazar da oldu, bazar ertəsi də, lakin soraq olmadı. Votsap nömrəsinə yazdıq, oxudu, lakin cavab yazmadı.
Hörmətli Nəriman müəllimdən müsahibə təklifimiz isə yuxarıda qeyd etdiyim kimi aşağıdakı formada olmalı idi – biz müsahibə almaq razılığına gəlirik, daha sonra sualları millət vəkilinə sosial şəbəkədən izləyicilər ünvanlayır. Biz də həmin sualları toplayır, öz suallarımızı da əlavə edərək, deputatla görüşürük.
Göründüyü kimi, cəhdlərimiz hələ ki, alınmır.
Məcbur olub, sosial şəbəkə vasitəsi ilə Nəriman müəllimə müraciət edirik:
- Nəriman müəllim, oxucuların sualları əsasında sizdən müsahibə almaq istəyirik. Sizə deyiləsi, sizdən soruşulası çoxlu sözlərimiz var. İstərdim hər şey razılıq əsasında olsun, əks təqdirdə məcburuq olacağıq ki, cavabsız olsa belə oxucu suallarını və mülahizələrini saytımızda yerləşdirək və onların suallarına sizə virtual şəkildə ünvanlayaq.
Biz Sizi izləyicilərə olduğunuz kimi, öz sözlərinizlə təqdim etmək istəyirik. Bu alınmasa, məcburuq ki, siz kənardan necə görünürsünüz, elə təqdim edək.
Inanırıq ki, birinci variant baş tutacaq.
- Hörmətlə: Zahir Əmənov
-