Nazirlər Kabineti Aparatının şöbələrinin sayı artırılıb.
Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Yeni strukturda Nazirlər Kabineti Aparatının şöbələrinin sayı 9-dan 13-ə qaldırılıb.
Yeni yaradılan şöbələr – İqtisadiyyat şöbəsi, Xarici iqtisadi əlaqələr şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Hüquq və qanunvericilik şöbəsi, Sosial məsələlər şöbəsi, Humanitar məsələlər şöbəsi, Sənaye və energetika şöbəsi, Aqrar və ekologiya şöbəsi, Regionların inkişafı şöbəsi, Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi və Ümumi şöbədir.
Qeyd edək ki, Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi ləğv edilərək İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi ləğv edilərək Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi ləğv edilərək Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi ləğv edilərək Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi və Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi yaradılıb.
Bundan əlavə, Nazirlər Kabineti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib. Həmçinin Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər şöbəsi və Humanitar məsələlər şöbəsi yaradılıb.