Xəbər verdiyimiz kimi, sosial mediada Xalq artisti Afaq Bəşirqızının parlament seçkilərində iştirak etməsi, millət vəkili seçilməsi ilə bağlı kampaniya başlanıb.
Cenub.az bildirir ki, məsələ ilə bağlı açıqlama verən Afaq Bəşirqızı hər kəsə təşəkkür edib, növbədənkənar seçkilərdə iştirak haqda düşünmədiyini deyib:
“Hamıya minnətdarlığımı bildirirəm. Amma bu haqda hələ ki, nəsə fikirləşmirəm. Daha saytlara açıqlama verməyəcəm. Boğaza yığılmışam…”.
Qeyd edək ki, sosial şəbəkələrdə sənətçilərin bəziləri Afaq Bəşirqızının şəklini yayaraq, onun deputat olmasını istəmələri ilə bağlı paylaşımlar ediblər. Hətta bununla bağlı sosial şəbəkələrdə kampaniyalar belə başladılıb.
Redaktor.az