Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəni tərk etməsini səhv adlandırıb.
Gürcüstan telekanalına veridyi açıqlamada o həbsxanadan qorxmadığını bildirib.
Saakaşvili Gürcüstandan getməsini yorğunluqla izah edib.
“Yorulmuşdum. İnsanlar da məndən yorulmuşdu. Lakin bu gün hesab edirəm ki, səhv etmişəm”, - deyə sabiq prezident etiraf edib.
Mixail Saakaşvili 2004-cü ildən iki müddətdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə o ölkəni tərk edib.(oxu.az)