Rusiya mətbuatı xəbər verir ki, Braziliya və ABŞ-dan olan bir qrup tədqiqatçı, qanda şəkərin səviyyəsini, eyni zamanda alkoqolun həcmini və vitaminlərin səviyyəsini sahibinin göz yaşları ilə təyin edə bilən eynəklər hazırlayıblar.
Aksesuara yerləşdirilmiş xüsusi sensorlara göz yaşının toxunması kifayət edir ki, qanda kimyəvi və bioloji reaksiyaları ölçmək mümkün olsun. Məlumatları təhlil etdikdən sonra eynək, araşdırmanın nəticələrini kompüterə və ya smartfona göndərir.
Hazırda dünyada diabetdən əziyyət çəkən insanların sayı 380 milyona yaxındır. Diabet xəstələri qan şəkərini izləmək üçün qlükometrlərdən istifadə edirlər. Onun infeksiya riski var, çünki bu halda barmaq gündə bir neçə dəfə deşilməyə məruz qalır.