Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ ATATÜRKLƏ ƏLAQƏDƏN NİYƏ İMTİNA EDİB? – Britaniya arxivlərinin məxfi sənədləri (TARİX)


İstanbuldan teleqram

Azərbaycanın Paris Sülh Konfransında de-fakto tanınmasından qısa müddət sonra, Britaniyanın Konstantinopoldakı (İstanbula) Baş Komissar müavini Admiral Riçard Vebb  Britaniya XIN-nə teleqram ünvanlayıb.

Göndərilib: 25 yanvar 1920

Qəbul edilib: 27 yanvar 1920

Vebb,

Baş Komissar Konstantinopol

Prioritet A

20 nömrəli Tehran teleqramı.

Cənab Vardropa böyük ehtiramla,

Mən qeyd etməliyəm ki, Azərbaycanın münasibətilə bağlı ciddi şübhələrim var.

Biz hazırda hakimiyyətdə olan Müsavat Partiyasının “Gənc Türklər”lə münasibətləri barədə bir-birini tam təkzib edən xəbərlər alırıq.  Bakıda Nuri Paşa və Xəlil Paşaya sığınacaq verilməsi orada “Gənc Türklər”in çox sayda dostu olduğunu göstərir. Bizdə olan etibarlı məlumata görə, Azərbaycandan olan nümayəndə heyəti  Sivasda bu yaxınlarda keçirilən Panislamçı Konqresdə iştirak edib. Türk zabitləri Azərbaycana sərbəst gedib gəlirlər və hətta orada rəsmən işə götürülürlər.  Azərbaycanın de-fakto tanınması burada “İttihad və Tərəqqi” Komitəsi ilə əlaqələri olan qəzetlər tərəfindən böyük coşqu ilə qarşılanıb.  Buna baxmayaraq ki, Gürcüstan barədə çox az yazılmışdı. Hər şey Azərbaycanda yüksək təsirə sahib olan elementlər və türk millətçiləri arasında sıx və xoş əlaqələrin olduğuna işarə verir.

Mən 68 nömrəli teleqramımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyətinin buraya səfərindən yaranan imkandan istifadə edərək onlara xatırlatdım ki, de-fakto tanınmaq imtiyazlarla yanaşı öhdəliklər də yaradır. Mən qeyd etdim ki, burada yazılır ki, Türkiyənin müttəfiqlərə  qarşı vuruşduğu vaxtı Azərbaycan Türkiyəni dəstəkləmişdi.

Mən qeyd etdim ki, hətta cənab Vəzirovun özünə qarşı türklərlə çox sıx əlaqədə olduğu barədə iftiralı xəbərlər mövcuddur. Cənab Vəzirov bir daha qətiyyətlə ölkəsinin Türkiyə ilə müttəfiq olmaq istəyi və ya niyyətinin olmadığını israr etdi.

Növbəti gün, yanvarın 23-ü yerli fransız dilli erməni qəzeti qeyd etdi ki, etibarlı mənbənin məlumatlna əsasən, Türkiyənin xarici işlər nazirliyi və Azərbaycan nümayəndiliyi arasında 2 ay müddətinə danışıqlar olub və bu danışıqlar şərtləri naməlum olan bir razılıqla nəticələnib.

Aydındır ki, bu bəyanatın mənbəsi çox qərəzlidir. Fəqət burada çox geniş inanılan məlumatlara görə, Azərbaycan və Türkiyə hökuməti və ya Mustafa Kamal arasında az-çox panislamçı ideyalar üzərində bir anlaşma ya əldə edilib ya da ki, hazırda müzakirə olunur.

Azərbaycanı hökumətini rəsmən və cənab Vəzirovun da burada şəxsən bu iddiaları təkzib etmələrinə göstəriş vermək yaxşı olmazdımı?

Ünvanlandırılıb: Xarici İşlər Nazirliyi və Tehran.

Vardropun ilk cavabı

Göndərilib: 27 yanvar 1920

Qəbul olunub: 29 yanvar 1920

Vardrop. Tiflis.

Zati aliləri, sizin mənə, 76 XİN, 6, Tehrana ünvanlandırdığınız 12 nömrəli teleqram.

Xahiş edirəm bundan əvvəlki teleqrama da baxasınız.

Əvvəlcə Müsavat daha sonra isə “İttihad”  türk yönümlü siyasəti təqib ediblər. Müsavat bu mövqeni türklərin Azərbaycanı idarə etmək niyyətlərini göstərdikdən sonra tərk edib. “İttihad” isə türkyönümlü mövqeyə sahib çıxdı ki, türklərdən bir silah olaraq istifadə edərək Müsavat məğlub etsinlər. Hazırda “İttihad” mart ayında keçiriləcək seçkilərdə qələbədən əmindir və türkləri tərk edərək bizimlə əlaqələr qurmaq istəyir.

Azərbaycana, tarixində ilk dəfə müstəqil olmağa şansı üçün özünü borclu saydığı bəzi nüfuzlu türklərə sığınacaq verməsi şişirdilməməlidir.

Ünvanlandırılıb: Konstantinopol 39, təkrarlanıb XİN 53, Tehran 30.

Vardropun Azərbaycandan ötürdüyü məlumat

 Göndərilib: 5 fevral 1920

Qəbul olunub: 6 fevral 1920

53 nömrəli teleqramınıza cavab olaraq.

Polkovnik Stoksdan aldığım məlumat:

Azərbaycan hökuməti Türkiyə ilə gizli razılıq barədə iddianı Baş Komissarın razılığı ilə ictimai şəkildə təkzib etməyə hazırdır. Onların və türk paşaların buradan çıxarılmasına gəldikdə, mən düşünürəm ki, hazırda onların çıxarılması tələbi  ciddi kabinet böhranı yaşamaqda olan hökuməti təhlükəyə sala bilər.

Düşünürəm ki, paşalarla yanaşı bütün türki zabitlər və mənim daha ciddi təhlükə hesab etdiyim rəsmilərin çıxarılması tələbini Azərbaycan ordusu üçün hərbi formalar və sursat formasında verərək dəstəyimizi sübüt etdikdən sonra, lakin silah və patronlar verməmişdən əvvəl vermək yaxşı olar. Çox güman ki, tezliklə hakimiyyətə gələcək “İttihad” partiyasının rəhbəri bildirib ki, türklərin çıxarılmasına qarşı deyil, lakin Nuri paşanın liderlərlə keçmişdəki sıx əlaqələri çətinliklər yarada bilər.

Türk zabitlər çıxarıldıqdan sonra, məncə onların britaniyalı təlimçilər tərəfindən əvəz edilməsi mümkün olacaq. XİN-nin 31 nömrəli teleqramı bildirir ki, bu cür təlimçilərin göndərilməsi hazırda mümkün deyil. Xahiş edirəm ki, bu məsələnin həlli mənim Londona qayıdışıma qədər dondurulsun. Orada ümid edirəm ki, demobilizasiya olunmuş və hazırda işsiz qalmış zabitlər taparam.

 

ÜnvanlandırılıbXİN nömrə 78, təkrar olunub Konstantimopol nömrə 51, Tehran nömrə 33.

Azərbaycanın təkzibi

Göndərilib: 23 fevral 1920

Qəbul olunub: 24 fevral 1920

Vardrop. Tiflis.

Azərbaycan hökuməti Türkiyə hökuməti ilə hər hansı bir gizli və ya gizli olmayan razılığın əldə edilməsinə dair rəsmi təkzibini dərc edib. Xarici işlər naziri mənə bildirib ki, bunun əksinə olan şaiyələr fantaziyadır və heç bir əsası yoxdur.

Ünvanlandırılıb: Konstantinopol 63, təkrarlanıb XİN 115, Tehran 38.

Azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10