Qızıl avro və dolları devirdi
Uzunmüddətli investisiyaların ayrılmaz hissəsi olan qızıl öz sözünü dedi. Pis günün dostu investorlarını sevindirib.
Cenub.az xarici mediaya istinadən xəbər verir ki, son illər məzənnənin həddindən artıq yüksəlməsi səbəbindən xarici valyutaya maraq çoxalsa da, qızıl sərmayə qoyanların qazancları dollar və avro ilə saxlayanlara nisbətən daha çox olub.
Türkiyə bu ilin əvvəlindən bəri 10 min lirə məbləğində qızılı olan investor 12 min 430 lirə əldə edib. 2009-cu ildə hər 10 min lirəlik qızıl investisiya, 2019-cu ildə 50 min 870 lirəyə çatıb. Eyni məbləği dollarla yatıranlar 37 min 627 lirə, avroda qoyanlar isə 27 min 535 lirə əldə edib.
Ticarət müharibələri, ABŞ-İran gərginliyi və qlobal artım narahatlığı kimi səbəblər beynəlxalq bazarlarda etibarlı bir vasitə olaraq qəbul edilən qızılın yüksəlməsinə təsir göstərib.
Təhlilçilər qızılın dünyanın ümumi valyutası olduğunu söyləyir. “Hər ölkənin öz pul vahidi olsa da, beynəlxalq aləmdə hər bir ölkədə yeganə investisiya aləti qızıl sayılır. Qiymətli metalın önümüzdəki dövrlərdə də yüksək gəlir verəcəyinə inanırıq.
Məşhur investor Mark Mobius da portfeldə mütləq qızılın olmasını vacibliyini qeyd edir. Qızılın bahalaşmasını gözləyən Mobius deyir ki, hər kəs aktivlərinin 10 faizini qızıl kimi saxlamalıdır.