Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İrana müalicəyə gedən ata ilə qızı Lənkəranda qəzaya düşdü: Vəziyyətləri ağırdı - FOTO



Lənkəranda qəza zamanı ata ilə qızı ağır bədən xəsarətləri alıb.  

Culfa şəhərində qeydiyyatda olan 55 yaşlı Yaqubov İmran Əli oğlu idarə etdiyi 99-MP-353 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2107” markalı, avtomobillə Lənkəran rayonunun Girdəni kəndindən keçən magistral yoldan çıxaraq bir neçə metr hündürlükdən torpaq sahəyə düşüb.  

Nəticədə sürücü ilə qızı - 26 yaşlı Bakı sakini Yaqubzadə Cəmilə İmran qızı ağır bədən xəsarətləri alıblar. 

İran İslam Respublikasına müalicə almaq üçün gedən ata və qızı qəzaya düşdükləri avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.  

Faktla bağlı araşdırma aparılır.  
oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10