Rusiyada dərsə gecikən bir şagirddən sinifi tərk etməsini tələb edən müəllim şagirdiylə əlbəyaxa olub.
Cenub.az xəbər verir ki, sinifdə başqa bir şagirdin mobil telefona çəkdiyi görüntülərdə müəllimlə şagird əməlli başlı dava ediblər.
Belqorod şəhərində bir məktəbdə baş verən hadisə sosial mediada da gündəm olub.
Bildirilir ki, kompüter dərsinə gecikən şagird müəllimini təhqir etdikdən sonra dava başlayıb. Ətrafdakı şagirdlər isə onları ayırmaq əvəzinə, davaya tamaşa ediblər.
Məktəb direktoru isə mediaya açıqlamasında müəllimin nizam-intizam qaydalarını pozduğu üçün haqqında araşdırma aparıldığını bildirib.