Torpaqlarımız uğrunda canından keçən daha bir şəhidimizin tanıdılması üçün anım tədbiri keçirilib. Gənc şair, jurnalist Vasif Əlihüseyn doğulduğu Cəlilabad rayon Muğan kəndində şəhid əsgərimiz Mustafayev Əfqan Əlibaba oğlunun kəndin Şəhidlər Xiyabanına fotosunun vurulmasını həyata keçirib.
Cenub.az xəbər verir ki, tədbirdə Muğan kənd orta məktəbinin müəllim və şagird heyəti, şəhid ailələri iştirak ediblər. Qarabağ qazisi Maşalla Əliyev şəhidlərimizin tanıdılması və adlarının yaşadılması üçün atılan bu cür addımların təqdirəlayiq olduğunu bildirib.
Yazıçı Meyxoş Abdulla isə çıxışı zamanı öz hekayəsindən sitat gətirərək şəhidliyin ən uca zirvə olduğunu və şəhidlərlə bağlı bu cür işlər görən jurnalist Vasif Əlihüseynə kənd sakinlərini dəstək olmağa çağırıb. Muğan kənd orta Məktəbinin direktoru Aygün Məlikova həmişə şəhidlərlə bağlı belə tədbirlərdə məktəb şagirdləriylə birlikdə iştirak etməyə hazır olduqlarını bildirib.
Tədbirdə məktəblilər şəhidlərimiz haqda şeirlər səsləndiriblər. Şəhidimizin atası Əlibabab Mustafayev 2015-ci ildə şəhid olan ilk övladı Əfqan Mustafayevin barelyefinin kəndin Şəhidlər Xiyabanına vurulmasında əməyi keçən hər kəsə təşəkkür edib.
Tədbirdə şəhidimizin müəllimləri Hacı Rəhimov, Ağaşükür Binyətov, Yaqub Mənsimov Əfqanın şagird olarkən nizam-intizamlı biri olduğunu bildirərək, keçirilən bu cür silsilə tədbirlərin vacibliyini vurğulayıblar. Sonda şəhidimizin barelyefinin açılışı olub.
Qeyd edək ki, bu cür təbdirlərin təşkil edilməsində kənd sakinləri Mehman Qürbətov, Bəşir Hüseynov, Elbəy Hüseynov və Nüsrət Flatov yaxından iştirak edərək köməklik göstəriblər.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!