Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İntihar edən əsgərlərin sayı təmas xəttində öldürülən hərbçilərin sayından çoxdur”


Naira Zohrabyan: “İntiharlarla bağlı kədərli statistikamız var”


“İntihar edən əsgərlərin sayı təmas xəttində öldürülən hərbçilərin sayından çoxdur” .

Erməni mənbələri xəbər verir ki, bunu erməni millət vəkili Naira Zohrabyan bildirib. O, mediaya açıqlamasında Ermənistan ordusunda baş verən intiharlarla bağlı şok statistika təqdim edib. Millət vəkili qeyd edib ki, son illər baş verən statistikaların təhlili orduda əsgərlərlə yanaşı, zabitlər arasında da intiharın artdığını göstərir.

Erməni millət vəkili idia edib ki, intiharların artmçasına səbəb ordudakı qanunsuz münasibətlərdir. Hansı ki, bu münasibətlər bir çox hallarda təzyiqə məruz qalan hərbçilərin intihara əl atmasına səbəb olur.

Təmas xəttində vəziyyətin xüsusilə ağır olduğunu bildirən N.Zohrabyan, bu bölgədə yerləşən hərbi hissələrdə vəziyyətin “əsl cəhənnəmi” xatırlatdığını qeyd edib.

Problemin qarşısını almaq üçün ordudadkı qanunsuz münasibətlərin aradan qaldırılmasının vacibliyini qeyd edən millət vəkili, intiharlara görə cəzaların sərtləşdirilməsini də təklif edib. O, qeyd edib ki, intihar edən hərbçilərə görə komandirlərin, eləcə də intiara bilavasitə səbəb olan digər hərbçilərin daha ağır şəkildə cəzalandırılması, bu kimi halların azalmasına səbəb ola bilər. Indiki halda isə erməni millət vəkili, intiharlarla bağlı statistikanın “kifayət qədər kədərli” olduğuğunu bildirib.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10