Separatçı-terrorçu erməni rejimi işğal altındakı Laçın, Qubadlı, Zəngilan rayonlarında sülənən ermənilərin əmək haqqı, pensiyası və digər xərcləri üçün təxminən 320 milyon drama(təxm. 6 61 min ABŞ dolları və ya 1 milyon 221 min AZN) vəsait ayırıb.
Cenub.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, bunu dünən- noyabrın 29-da qondarma rejimin “qanunverici orqanı” hesab edilən qanunsuz qurumun yığıncağında adı çəkilən 3 rayonun “birləşdirildiyi” “Kaşataq rayonu”nun faktiki icra başçısı Stepan Sərkisyan bildirib. Onun sözlərinə görə, qanunsuz “icra hakimiyyəti”nin saxlanılması üçün 288 milyon dram(təxm. 594 min dollar və ya 1 milyon 100 min AZN) pul ayrılıb.
Beləliklə, 2020-ci ildə ümumilikdə erməni rejimi Laçın, Qubadlı, Zəngilan rayonlarının işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırmanı davam etdirmək üçün təxm. 608 milyon dram, yəni 1 mln. 254 min dollar və ya 2 mln. 132 min AZN məbləğində vəsait xərcləmək niyyətindədir.