Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərəblər Osmanlı tarixinin saxtalaşdırıldığı iribüdcəli serial çəkdi - VİDEO



Birləşmiş Ərəb Əmirliklərində yerləşən və Səudiyyə Ərəbistanına məxsus “MBC” Televiziyası 2019-cu ilin ən iri layihəsi hesab olunan “Atəş Krallıqları” (Kingdoms of fire) adlı serialı təqdim edib.
Cenub.az xarici KİV-ə istinadla xəbər verir ki, 40 milyon dollar büdcə ayrılan serialın prodüseri, Osmanlı imperiyasının idarəçilik sistemindəki “vəhşilikləri” gün üzünə çıxaracağını deyib.
Ötən il “MBC”, ərəb ölkələrində geniş izləyici kütləsinə sahib olan Türkiyə istehsalı serialları yayımlamayacağını açıqlamışdı. Ssenarisini misirli Məhəmməd Süleymanın yazdığı serial, Məmlükilərin Misirdəki son dövrlərindən və həmin torpaqların XVI əsrdə Osmanlı İmperiyasının tərkibinə qatılmasından bəhs edir. Ssenarist tarixi cəhətdən heç bir xətaya yol verməməyə çalışdıqlarını və Osmanlı tarixinin qətliamlarla dolu olduğunu iddia edib.
Baş rol ifaçısının da misirli olduğu serialın ilk epizodu artıq yayımlanıb. Layihənin şüarı isə belədir: “Bir imperiya qanlı qanunlarla idarə edilir və bu onların lənətlənməsinə səbəb oldu”. Serialın rejissoru isə dünyaca məşhur Pitr Vebberdir.
Qətərin nüfuzlu mətbuat orqanı “Əl Cəzirə” isə BƏƏ-nin Türkiyənin tarixini saxtalaşdırdığını iddia edib.
Qeyd edək ki, Türkiyə ilə ərəb ölkələri arasındakı əlaqələr, Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah Sisini rəsmi olaraq tanımadığına görə pisləşmişdi. “Müsəlman qardaşları” ilə olan müsbət əlaqələr və ərəb ölkələrinin sanksiyalar tətbiq etdiyi Qətəri dəstəkləməsi isə, bu ölkələrdə Türkiyənin nüfuzuna ciddi xələl gətirmişdi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10