Yeni il ərəfəsində mütəxəssislər MDB ölkələri və Gürcüstanın əsas yolkalarının hündürlüyünü ölçüb.
Cenub.az-ın “MİR 24”ə istinadən məlumatına görə, yoxlama zamanı ən hündür yolka məlum olub. Hündürlüyü 37 metr olan ağac Azərbaycanın paytaxtı Bakıda yerləşdir.
İkinci yeri hər biri 35 metr olan iki yolka bölüb. Onlardan biri Yerevanda, digəri isə Tbilisidədir. Minskdəki yolkanın hündürlüyü 30 metrdir. Ondan bir qədər kiçik Yeni il simvollarını isə Düşənbə, Moskva və Bişkekdə quraşdıracaqlar. Nisbətən balaca yolka Sankt-Peterburqda olacaq, hansının ki, hündürlüyü 25 metr təşkil edir.