İlham Şaban: “Qərarın yenidən qüvvəyə minməsi heç bir dəyişikliyə səbəb olmayacaq”
Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən avtomobil benzini görmük rüsumundan azad edilmişdi. Qərar noyabr ayının 30-da qüvvədən düşməklə, sabahdan etibarən ölkə ərazisinə idxal edilən benzinə yenidən 15% görmük rüsumu tətbiq olunmağa başlayacaq.
Qərarın yenidən qüvvəyə minməsini şərh edən Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şabanın sözlərinə görə, cari il avqustun 26-da Nazirlər Kabineti ölkəyə idxal olunan benzin rüsumlarının 15%-dən 0%-ə endirilməsi üçün 90 günlük qərar qəbul etmişdi: “Səbəb də o idi ki, Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və cari illik təmir işləri ilə bağlı, ölkənin yanacağa olan tələbatını ödəmək qabiliyyətində deyildi. Burda isə təkcə yüksək oktanlı benzinlər yox, həm də digər yanacaqlar nəzərdə tutulurdu. Aşağı oktanlı benzinlərin isə təmir müddətində idxalı həyata keçirdi”.
“2018-ci ildə də analoji situasiya olmuşdu. Ümumilikdə isə Azərbaycan, enerji bazasına 136,5 min kub benzin idxal edib. İdxal olunan benzinin 80 min tona yaxını da Aİ-92, yəni aşağı oktanlı benzin olub”, - ekspert bildirib.
“Qərarın yenidən qüvvəyə minməsi heç bir dəyişikliyə səbəb olmayacaq. Sadəcə Nazirlər Kabineti bu addımı atmaqla, daxili bazarda olan hər bir şeyin dövlətin tənzimlədiyi qiymətlər çərçivəsində qalmasına şərait yaradır. Yəni hər şey yenidən əvvəlki formasına qaytarılır”, - İ.Şaban əlavə edib.
ayna.az