Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hazırda millət vəkilləri ayrı-ayrılıqda istefa ərizələri yazırlar”



Hüquqşünas: “Deputatların vəzifədən getmələri sadə prosedur deyil”

 

“Qanunvericiliyə görə, Milli Məclis üzvlərinin qrup halında istefası mümkün deyil. Bəs bu istefa proseduru necə aparılmalıdır? Bunun da hüquqi mexanizmi var”.

 

Bu barədə hüquqşünas Nicat Gözəlov şərh verib. O, millət vəkillərinin vəzifələrindən getməsinin sadə prosedur olmadığını deyib: “Millət vəkillərinin istefası Konstitusiya, Parlamentin daxili Nizamnaməsi və seçki qanun vericiliyi ilə tənzimlənir. Yayılan məlumatlardakı kimi deputatlar birgə istefalarını tələb edə bilməzlər”.

“Hazırda deputatlar ayrılıqda oturub tək-tək ərizə yazırlar. Bu, ilk mərhələdir. Ardınca həmin ərizələr Mərkəzi Seçki Komissiyasına göndəriləcək. İstefa ilə bağlı Məclisdə sədrin iştirakı ilə iclas olacaq. Daha sonra iclasın stenoqrammı MSK-ya göndəriləcək. MSK-da aparılan müzakirələrin nəticəsi olaraq, maksimum 2 gün ərzində qərar veriləcək. Həmin qərarla bağlı ərizəçi millət vəkili 10 gün müddətində şikayət edə bilər. On gün ərzində şikayət olmasa, həmin şəxs deputatlıqdan məhrum edilir. Yalnız ayrı-ayrılıqda millət vəkillərinin məsələsi həllini tapdıqdan sonra, Parlamentə növbəti seçkilər haqqında düşünmək olar”, - ekspert bildirib.

 

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılmasına qərar verib. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10