Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Necə qıza deyəsən ki, qapımı döymə?” - İzzət etiraz etdi



Müğənni İzzət Bağırov"5/5" verilişində qonaq olub. 

Cenub.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi proqramda qonaq olan aktrisa Nəzakət Məmmədovanın keçmiş ərindən danışmasını qınayıb. 

"Ailəsi, uşaqları olan adam haqda efirdə danışmağa dəyməz", - deyə sənətçi bildirib. 

İzzət daha sonra aktrisanın "Uşaqlarıma demişəm ki, ailə qurdunuzsa, ayrılmaq yoxdur. 

Qızıma demişəm, ərə gedəndə problemin olsa, qapımı döymə" sözlərinə də etiraz edib: "Düz söhbət deyil. Elə şey demək olar? Necə qıza deyəsən ki, qapımı döymə? Qızım olmasa da, evimə üç qız gələcək, gəlinim olacaq".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10